"Elçibəy Namazovdan fərqli olaraq...”

"Elçibəy Namazovdan fərqli olaraq...”
  18 İyul 2013    Oxunub:1114
ABŞ Konqresinin Helsinki Komissiyasında “Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm” mövzusundakı dinləmələrdə Azərbaycan müxalifətinin bir qrup nümayəndəsi iştirak edib. “Azərbaycanın Demokratik qüvvələrinin Milli Şurasını” təmsil etdiyini deyən Eldar Namazov hazırkı siyasi durumdan və müxalifətin planlarından danışıb.
Namazov bildirib ki, Azərbaycanda demokratik seçkiləri keçirilməsə, ölkədə bütün regiona təsiri olacaq ictimai partlayışlar baş verə bilər. O, hakmiyyətin insan hüquqlarını pozduğunu, son 20 ildə bir dəfə də olsun, demokratik secki keçirilmədiyini bildirib.

Eldar Namazovun bu cür çıxışı siyasi partiyalar arasından birmənalı qarşılanmayıb. BAXCP sədrinin siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında bildirib ki, o da Namazovun Konqresdəki çıxışının videoyazısını izləyib: "Eldar Namazov dinləmələrə radikal müxalifətin təmsilçisi kimi dəvətli idi və ənənəsinə sadiq qalaraq gözlənilən çıxışını etdi. Bu, onun hüququdur və ondan da istifadə edib. Ancaq bu adam sual vermək lazımdır ki, radikal müxalifətin Azərbaycanla bağlı planlarından danışıdığı halda niyə bir cümlə də olsun, Dağlıq Qarabağla bağlı danışmadı? Məgər bu imkandan istifadə edib, Ermənistanın Azərbaycanın ərazısını işğal etməsini və bir milyon insanın qacqın düşməsini səslənirməsi ayıb bir iş idi? Məncə, buna 30 saniyə bəs edirdi. Bu fürsətdən istifadə edilməməsi təəssüf doğurur”.

BAXCP sədrinin müavini 2000-ci ildə mərhum Əbülfəz Elçibəyin həmin dinləmələrdəki çıxışını da xatırladıb: "2000-ci ildə Azərbaycan müxalifətinin təmsilçisi kimi Əbülfəz bəy, İsa Qəmbər, Rəsul Quliyev də Konqresə dinləmələrə dəvət edilmişdilər. Yalnız Əbülfəz bəy demişdir ki, bizim hakmiyyətlə problemimiz var və biz öz ölkəmizdə bu məsələni həll edəcəyik. Mən sizə dövlətimlə bağlı hər hansı bir acılqma verməyəcəm. Siz Azərbaycanın 20% torpağının işğalından və bir milyon soydaşımızın hansı vəziyyətdə yaşadığından danışın. BMT təhlükəzlik Şurasının 4 qətnaməsinin icra olunmamasından danışın. Mən bu məsələni sizlərin nəzərinizə çatdırmaq istəyirəm. Elçibəy birbaşa milli maraqları qaldırmışdı. Bu faktın özü onu göstərir ki, radikal müxlifətin əsas prinsipi nəyin bahasına olur-olsun, hakmiyyətə gəlməkdir, milli maraqlar bundan sonra gəlir ".


Teqlər:  





Xəbər lenti