Alimlər üçün yataqxana tikilir

Alimlər üçün yataqxana tikilir
  18 İyul 2013    Oxunub:1348
Akamediyanın universiteti yaradıla bilər
Mətbuat konfransında AMEA prezidenti Akif Əlizadə bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bir sıra suallara cavab verib. Akademiyanın magistratura təhsili verməsi ilə bağlı sualı cavablandıran Akif Əlizadə deyib ki, magistratura yarananda biz qəbulda seçim aparacayıq.

“Orada tələbələrin sayı çox olmayacaq. Formasının nə cür olacağı isə işlənib hazırlanmalıdır. Amma mən düşünürəm ki, həmin tələbələr magistratura zamanı laboratoriyada çalışacaqlar. Orada işləyəndə elmlə vəhdət yaranacaq və həvəs artacaq. Ümid edirik ki, orada elə gənclər olacaq ki, onu bitirib laborotiyara gəlib elmlər doktorluğunu müdafiə edəcək”.

Akademiyanın unversitetinin yaranması barədə də danışan AMEA prezidenti bildirib ki, bu gələcəyin işidi. “Bu barədə arzumuz var. Dünya praktikasında da bu mövcuddur. O sistemi Azərbaycanda da tətbiq edib universitet yaradıla bilər. Əgər belə olarsa magistratura da onun tərkibində ola bilər. Bu isə hələ niyyətdir, ona görə dəqiq söz demək olmaz.

Doktoranturaya qəbul planı barədə suala cavab verən A.Əlizadə bildirib ki, bu ilki plan yerlərinin sayı azalıb. “Qəbul ənənəvi formada olacaq yəni müsabiqə yolu ilə. Güman edirəm ki, eyni formatda olacaq.

Alimlər üçün yataqxanalar inşa olunduğunu deyən Akif Əlizadə bildirib ki, artıq firma ilə akademiya arasında müqavilə imzalanıb. Alimlərin ailəsi ora köçürüləcək. Ora akademiyanın tam nəzarəti altındadır”

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti