Baş nazir canlı yayımda söydü - VİDEO

Baş nazir canlı yayımda söydü - VİDEO
  18 İyul 2013    Oxunub:1080
Yunanıstanın baş naziri vergi endirimləri ilə bağlı çıxışı zamanı çaşaraq söyüş söyməsi bir anda ölkədə böyük qalmaqalın yaranmasına səbəb olub.
Dəyər vergisinin aşağı salınması ilə bağlı açıqlama vermək üçün kürsüyə çıxan Samaras çıxışına başlamazdan öncə iki dəfə səhv edib və bərk əsəbləşib. Birinci dəfə səhv etdikdən sonra çıxışına davam edən baş nazir, ikinci dəfə eyni səhvə bu qədər sakit yanaşa bilməyib və özünü söyüb.

Bu zaman Samarasın çıxışının kəsilmədən bütün kanallarda canlı yayınlanması nəticəsində bütün ölkə baş nazirin dediklərini eşidib. Kanallar bundan dərhal sonra yayımı dayandırsa da Samarasın davranışı ölkədə böyük qalmaqala səbəb olub.



AzVision.az



Teqlər:  





Xəbər lenti