Bu gündən qabiliyyət imtahanları başlayır

Bu gündən qabiliyyət imtahanları başlayır
  18 İyul 2013    Oxunub:917
Bu gündən ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanları başlayır.
AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, ali məktəblərin müxtəlif istiqamətlər üzrə qabiliyyət imtahanları iyulun 18-dən avqustun 12-dək davam edəcək.
Bu gündən III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanı verməlidirlər. Onlar iyulun 18-dən 24-dək musiqi sənəti, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 25 iyul-1 avqust tarixində, idman istiqaməti üzrə qabiliyyət imtahanı 31 iyul-12 avqust tarixlərində olacaq. Kolleclərə qabiliyyət imtahanları isə avqustun 5-dən 13-dək keçiriləcək.

Ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə qabiliyyət imtahanlarının cədvəli TQDK-nın internet saytında yerləşdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti