Yeni səfir etimadnaməsini təqdim etdi

Yeni səfir etimadnaməsini təqdim etdi
  18 İyul 2013    Oxunub:875
İlham Əliyev İsveçrənin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Paskal Obişerin etimadnaməsini qəbul edib.

Səfir Paskal Obişer fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Paskal Obişer etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin sürətli və uğurlu inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə


Teqlər:  





Xəbər lenti