Müəllimlərin işə qəbul qaydaları dəyişib

Müəllimlərin işə qəbul qaydaları dəyişib
  16 İyul 2013    Oxunub:1553
“Kənd məktəblərinə daha çox gənc mütəxəssisləri göndəririk. Ona görə də mən deməzdim ki , kəndlərdə gənc mütəxəsisslər azdır. Düzdür onlara əlavə ehtiyac var. Biz bu ehtiyacı ödəməyə çalışırıq”.

AzVision.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərinin suallarını cavablandırarkən deyib.

“Hər il vakant müəllim yerlərinə qəbul olunan və həmin yerlərdən imtina edənlər, geri qayıdanlar da olur. Bu bir çox hallarda onların ailə vəziyyətləri ilə bağlı olur. Amma onlar daha yaxşı şərait axtarır və bunu tapmayanda müəyyən mənada onların ucqar kənd məktəblərində qalıb işləməsi problem olur. Əlbəttə belə müraciətlərin sayı çox deyil. Amma istərdik ki, olmasın”.

F.Qədirov müəllimlərin işə qəbul qaydalarında dəyişiklik olunduğunu bildirib. “Bu il qaydalarda dəyişiklik etmişik. Edilən dəyişikliklərdən biri də müəllimlər artıq bu seçimi edəndə bilirlər ki, onlar həmin yerdə 3 il işləməlidirlər. Belə bir məhdudiyyət qoymuşuq. Gənc mütəxəssislər üçün həvəsləndirmə tədbirləri tətbiq edib, ucqar kənd mıəktəblərinə göndəririksə, o məcburdur ki orada 3 il işləsin. 3 ildən sonra o yerini dəyişmək barədə müraciət edəı bilər. İmtina edirsə, bu bizim üçün bir informasiyadır. Gələcəkdə həmin müəllimlə bağlı qərar qəbul etdikdə, bu informasiya nəzərə alına bilər”

Nazirliyin rəsmisi kənd məktəblərinə gedən müəllimlərə verilən güzəştlərin artırılması ilə bağlı danışıb. “Siz bilirsiniz ki, ölkədə təhsilin inkişafı ilə bağlı strategiyanın başa çatdırılması istiqamətində iş gedir. Strategiyada nəticə əsaslı diferensial əmək haqqı sisteminin yaradılması məsələsi öz əksini tapıb. Düşünürük ki, ucqar kənd məktəbləri ölkəmiz üçün vacib, strateji əhəmiyyət kəsb edən təhsil müəssisləri olduğu üçün burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əmək haqqının müəyyənləşdirilməsi vacib şərtlərdəın biridir. Bununla əlaqədar düşünürük ki, həmin sistem yaranada ucqar kənd məktəblərində işləyənlər üçün də xüsusi stimullaşdırıcı tədbirlər nəzərdə tutulacaq”.

Sevinc


Teqlər:  





Xəbər lenti