Əsəd Cahangirdən Kamal Abdullaya xəbərdarlıq
Kamal Abdullanın rəhbərlik etdiyi BSU-nun çoxsaylı əməkdaşları böhtan və təhqir dolu yazılarla bütün sosial şəbəkə və saytları zəbt ediblər. Gənc bir şairin adi bir dost zarafatı xarakteri daşıyan statusuna qarşı bu hərəkətlərin özü göstərir ki, o, öz statusunda nə qədər haqlıdır. Bu öz yerində! Amma məni daha çox maraqlandıran öz adımın heç bir aidiyyətim olmayan bir məsələdə dönə-dönə, hətta Kamal Abdullanın özü tərəfindən belə hallandırılmasıdır.
Kamal Abdullaya çatdırmaq istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq, əgər Emin Piri məsələsi ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan dolu yazılarınız dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəki sizə aid iki kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq və mətbuatda dərc etdirmək zorunda qalacağam. Nəzərə alın ki, sizin haqqınızdakı məqaləm Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakı məşhur məqaləsinin tezislərinə əsaslanacaq. Böhtanlar və təhqirlərlə adamların səbrini daşırmayın.
AzVision.az