`YAP 1 milyon imza toplaya bilər`

`YAP 1 milyon imza toplaya bilər`
  16 İyul 2013    Oxunub:1108
Bu gün YAP Xətai rayon təşkilatında Prezidentliyə namizədin qeydə alınması üçün seçici imzaların toplanması ilə bağlı seminar keçirilib.
AzVision.az xəbər verir ki, seminarda çıxış edən partiyanın icra katibinin müavini Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının (YAP) Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə İlham Əliyevin Prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 100 imzanın toplanacağını deyib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinə görə bir namizəd üçün ümumilikdə 40 min seçici imzası toplanılmalıdır:

"YAP öz namizədinin müdafiəsi üçün 1 milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə azı 60 dairədən imzalar toplanmalıdır. Lakin YAP İdarə Heyəti qərar qəbul edib ki, bütün 125 dairədən imza vərəqələri toplanılsın"-deyə o əlavə edib.




Teqlər:  





Xəbər lenti