Keçid balı neçə olacaq?

Keçid balı neçə olacaq?
  16 İyul 2013    Oxunub:1380
“Hazırki müsabiqə şərtlərinə əsasən ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər”.

AzVision.az-a bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın mətbuat xidmətindən məlumat veriblər.

“Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Bu müsabiqə şərtlərində hər hansı dəyişiklik imtahanın nəticələrindən asılı ola bilər Ona görə də cavabların elan olunmasını gözləmək lazımdır”-deyə, Komissiyanın mətbuat xidmətindən qeyd ediblər.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib. Cavabların sabaha qədər elan olunması gözlənilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti