“Bacımı sayan da sağ olsun, saymayan da”

 “Bacımı sayan da sağ olsun, saymayan da”
  16 İyul 2013    Oxunub:1174
Bəstəkar 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın vəziyyəti yaxşıdır. Bu barədə bəstəkarın bacısı Rəfiqə Axundova AzVision.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bəstəkar özünü yaxşı hiss etsə də, yeriyə bilmir:“Ayağında problem olduğundan yeriyə bilmir, amma danışa bilir, yaddaşı yerindədir”.

Rəfiqə Axundova bildirib ki, onları hazırda əsas maraqlandıran məsələ bəstəkarın səhhətinin qaydasında olmağıdır : “Onun səhhəti ilə kimin maraqlanmasının mənə aidiyyatı yoxdur. Bacımı sayan da sağ olsun, saymayan da. Həkimlər hələ ki, səhhəti ilə bağlı bir söz demir. Bilinmir ki, nə vaxt palataya köçürüləcək. Reanimasiyada qalmağı daha yaxşıdır, həm ora sakitlikdir, həm də şərait yaxşıdır. Müalicə xərclərini isə xəstəxana çəkir”.

Xatırladaq ki, bəstəkar 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

89 yaşlı xalq artisti uzun müdddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti