Paytaxtda 10 nəfəri gün vurub

Paytaxtda 10 nəfəri gün vurub
  16 İyul 2013    Oxunub:1060
Bu ilin iyul ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 10 müraciət edilib.
Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 4 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə yerində ilkin yardım göstərilərək evə buraxılıb.

O.Şahmalıyev qeyd edib koi, müraciət edənlər arasında ölüm faktı qeydə alınmayıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti