ABŞ ilə Azərbaycan arasında proklamasiya qəbul edilib
Ştatın qanunverici hakimiyyətinin aşağı palatasının üzvləri bu sənəddə 1991-ci ilin oktyabrında Azərbaycanın türk və islam dünyası dövləti kimi müstəqilliyinin bərpa olunması, habelə 1992-ci ildə ölkəmizin müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması faktı vurğulayır.
Sənəddə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ABŞ-ın müttəfiqi kimi Azərbaycanın strateji rolu, o cümlədən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakı, Amerikanın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi, habelə ölkəmizdəki tolerantlıqdan bəhs olunur.
AzVision.az