Arda Turan cəzalandırıldı

Arda Turan cəzalandırıldı
  24 Mart 2016    Oxunub:2306
İspaniyanın “Barselona” klubu türkiyəli yarımmüdafiəçisi Arda Turanı cəzalandırıb. AzVision.az-ın məlumatına görə, buna səbəb futbolçunun klubun məşqlərinə gec gəlməsi olub.

“Barselona”da qaydalara görə futbolçular məşqdən bir saat, oyunlardan isə saat yarım öncə stadionda olmalıdır. Gecikən futbolçulara müəyyən məbləğdə pul cəzaları kəsilir.

Cari mövsüm ən çox cəza alan futbolçuların siyahısına müdafiəçi Jerar Pike başçılıq edir. Arda Turan isə ilk “dördlük”də qərarlaşıb. Messi, İniyesta, Buskets və Maskerano isə cari mövsüm bütün məşqlərə və oyunlara vaxtında gəlməklə heç bir cəzaya məruz qalmayıblar.

Qeyd edək ki, futbolçuların cəza olaraq ödədiyi pullar xeyriyyə işlərinə sərf edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti