`Leyla Yunus həbsdən çıxandan sonra ağıllanıb`- Deputat
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Leyla Yunusun çıxışına münasibət bildirərək “həbsdən çıxandan sonra ağılı başına gəlib” deyə vurğulayıb.
“Leyla Yunus həbsdə olanda, yəqin etdiyi səhvlərə görə peşman olub. Amma peşmançılıq fayda vermir. O, Azərbaycan xalqına və dövlətinə çox böyük zərbələr vurub. Onun bizə etdiyini heç ermənilər də etməyib”.
Qeyd edək ki, Leyla və Arif Yunus müalicə almaq üçün xaricə getməyə görə icazə verilməsi ilə bağlı Yasamala rayon məhkəməsinə müraciət edib. Onların müraciəti təmin edilməyib. Appelyasiya məhkəməsində qərar qüvvədə saxlanılıb.
Elvin Abdulqədirov
AzVision.az