Azərbaycanın şahinləri Türkiyədə

Azərbaycanın şahinləri Türkiyədə
  05 Mart 2016    Oxunub:2346
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, martın 7-dən başlayacaq “TURAZ Şahini – 2016” təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərə qatılan şəxsi heyətinin bir qismi Konyadakı aviabazaya gediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək təlimlər martın 25-dək davam edəcək.

Artıq ikinci dəfədir Türkiyədə keçiriləcək müştərək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd “MiQ-29” qırıcı, 3 ədəd “Su-25” hücum və “İl-76” hərbi-nəqliyyat təyyarələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti