Yeni sistemlər çaşqınlıq yaratdı - VİDEO
Qanunda göstərilir ki, yaşayış məntəqələrində 50-150 metr məsafədə, magistrallarda isə 150- 1000 metr məsafədə müvafiq xəbərdaredici nişan olmalıdir. Amma İ-patrul və gizli polis sistemlərinin tətbiqindən sonra sürücülər istənilən yerdə radara düşə bilər. Göründüyü kimi ortada bir ziddiyyət var və sürücülərin narazılığına səbəb olur.
Belə çıxır ki, İ-patrul və gizli polis sisteminin işə düşməsi və qanunvericiliklə tənzimlənməsi digər tələbi qüvvədən salır. Hüquqşünaslar yaranmış çaşqınlığı aradan qaldırmaq üçün xəbərdaredici nişanların yığışdırılmasını təklif edir.
Belə olan halda isə sürücülər yol hərəkəti qaydalarına daha ciddi əməl edəcəklər və yol polisi və onlar arasında ziddiyyətli məqamlar aradan qalxacaq.