Gömrükdə poçt şöbələri olacaq

Gömrükdə poçt şöbələri olacaq
  04 Mart 2016    Oxunub:1394
Azərbaycanın gömrük-sərhəd buraxılış məntəqələrində poçt şöbələri yaradılacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı sərəncamda deyilir. Gömrük-sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin yaradılmasında məqsəd gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsidir.

Poçt şöbələrinin yaradılması işi Dövlət Gömrük Komitəsi, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub. Müvafiq işlər 6 ay müddətində görülməlidir.


Teqlər:





Xəbər lenti