İqtisadiyyat Nazirliyinin yeni loqotipi

İqtisadiyyat Nazirliyinin yeni loqotipi
  22 Fevral 2016    Oxunub:2018
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadiyyat Nazirliyi adlandırılması ilə əlaqədar nazirliyin yeni loqotipi (nişanı), devizi və tanınma rəngi təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, dairəvi formadakı loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əks olunub. Dairənin içində iqtisadiyyata dair 3 hissədən ibarət dişli çarxın təsviri və qızılı rəngli qrafik elementlər (bina, qurğu və tikililər) əksini tapıb.

Nazirliyin devizi isə əvvəlki kimi, ümummilli lider Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!" ifadəsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti