Deputat test üsulunun ləğvini istəmir

Deputat test üsulunun ləğvini istəmir
  22 Fevral 2016    Oxunub:4805
Azərbaycanda test üsulunun ləğvi ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Təhsil naziri Mikayıl Cabbarov “Hesabat” verilişinə verdiyi müsahibədə test üsulunun ləğvinin istisna olmadığını deyib.
Nazir bildirib ki, növbəti 2-3 ildə test imtahanının formasında dəyişiklik gözlənilməsə də, sonrakı dövrdə həm forması, həm də məzmunu dəyişilməlidir.

M.Cabbarov qeyd edib ki, 3-4 il ərzində ali təhsil müəssisəsini bitirən tələbənin bilikləri testlə ölçülə bilməz: “Onların biliklərinin qiymətləndirilməsi üçün yeni alətlər lazımdır və hazırda yeni qiymətləndirmə standartları ilə bağlı fəaliyyət həyata keçirilir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Gövhər Baxşəliyeva AzVision.az-a açıqlamasında bildirib ki, test üsulu Azərbaycan reallıqları üçün mütərəqqi haldır.

Deputat test üsulunun saxlanılmasının tərəfdarı olduğunu deyib. “Bu üsul geniş xalq kütləsi tərəfindən dəstəklənir. Ola bilər ki, test üsulunda hansısa qüsurlar, çatışmazlıqlar var. O baxımdan tədricən bu üsul təkmilləşdirilə bilər. Düşünürəm ki, hazırda test üsuluna alternativ yoxdur. Bu, dünya praktikasında da belədir. Hazırki durumda test üsulunun saxlanacağına inanıram. Sadəcə ehtiyac varsa, zərurət yaranıbsa, təkmilləşdirmə işi aparmaq olar”-deyə G.Baxşəliyeva vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti