Qubadlıda da sümük fraqmenti aşkarlanıb

   Qubadlıda da sümük fraqmenti aşkarlanıb
  06 May 2024    Oxunub:540
Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluqdan AzVision.az -a bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti