Nazir qızıl medal qazanan şahmatçını qəbul edib

Nazir qızıl medal qazanan şahmatçını qəbul edib
  06 May 2024    Oxunub:1168
Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın ilk qadın şahmatçısı Ülviyyə Fətəliyevanı qəbul edib.
AzVision.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, gənc idmançını böyük uğuru münasibətilə təbrik edən nazir onun Avropa çempionluğunun ölkəmizdə şahmat idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Ü.Fətəliyeva göstərilən diqqətə görə təşəkkür edib. Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov və məşqçi Yevgeni Tomaşevski iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında təşkil edilən şəxsi qitə çempionatında qızıl medal qazanaraq ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.

AzVision.az



Teqlər:





Xəbər lenti