Tanınmış fransız Xocalını bəstələdi

Orion orkestrinin müşayiət etdiyi konsert proqramında skripkaçı Sabina Rakçeyeva, dirijor isə Laurent Petiqirard olacaq. Əsərin premyerası Londonda da olacaq. Fevralın 26-da “Xocalı 613” adlı klassik musiqi “St John`s, Smith Square” kilsəsində baş tutacaq.
Qeyd edək ki, əsərin müəllifi Pier Tiloy Azərbaycanda yaşayıb və işləyib. O yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez edib.