“Siçan”ı yaradan öldü

“Siçan”ı yaradan öldü
  06 İyul 2013    Oxunub:2434
Hamımızın daim işlətdiyi bir əşyanı – kompüter “siçan”ını ixtira edən Duqlas Enqelbart (Douglas Carl Engelbart) Kaliforniyada 88 yaşında dünyasını dəyişib.
O, 1957-ci ildən başlayaraq Stenford İnstitutunda kompüterlər üçün qrafik interfeyslər yaratmaq üzərində çalışıb. 1970-ci ildə “siçan” üçün patent alıb.

Onun yaratdığı ilk “siçan” 3 düyməsi və 2 təkəri olan böyük taxta qurğu idi:



Təbii ki, ilk vaxtlar “siçan” heç kimə lazım olmayıb. Yalnız 1983-cü ildə “Apple” öz kompüterlərindən ondan istifadə edəndən sonra vəziyyət dəyişib.

- Onu indi ancaq “siçan”a görə tanıyırlar. Amma o, kompüterlərin qrafik interfeysi sahəsində həddindən artıq çox işlər görüb. Mənim üçün o, Allahdır. Bu gün kompüterlərdə rahat işləyə bliriksə, hamımız ona borcluyuq, – bu sözləri “Apple” şirkətinin təsisçilərindən biri olan Stiv Voznyak Duqlas Enqelbartın haqqında deyib.

Maral
AzVision.az



Teqlər:  





Xəbər lenti