Medal qazandıq

Medal qazandıq
  08 Noyabr 2015    Oxunub:1923
“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının cüdoçusu Aişə Qurbanlı növbəti uğurunu qazanıb. Yığmamızın heyətində Afrikanın açıq çempionatına qatılan idmançımız yarışı bürünc mükafatla başa vurub.
Qafqazinfo xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən idmançımız Mavrikinin Port-Lui şəhərində təşkil olunan çempionatda 4 görüş keçirib.

İlk qarşılaşmada meydan sahibi Laetita Loumeo ilə görüşən Qurbanlı rəqibini ippon fəndi ilə məğlub edib. Avstraliyalı Çioe Raynerlə qarşılaşmanı da vaxtından əvvəl başa vuran təmsilçimiz yarımfinala yüksəlib. Finalın bir addımlığında ekvadorlu Diana Kobosa uduzan Aişə bürünc medal uğrunda mübarizə aparıb. ABŞ təmsilçisi Katelin Bouyssounu məğlub edən Qurbanlı yarışı fəxri kürsünün 3-cü pilləsində başa vurub.


Teqlər:  





Xəbər lenti