SOCAR-ın Monteneqroda aktivi yoxdur - Rəsmi
![SOCAR-ın Monteneqroda aktivi yoxdur - Rəsmi SOCAR-ın Monteneqroda aktivi yoxdur - Rəsmi](https://azvision.az/photos/e33522a92d5c2b3eec36bbb558f54895.jpg)
S. Qasımov əlavə edib ki, SOCAR tərəfindən 2011-ci ildə alınan Kumbor adasındakı turizm-kurort kompleksi "tərəfdaşlara verilib". "Yaxın vaxtlarda tərəfdaşın adı açıqlanacaq", - deyə vitse-prezident bildirib.
Qeyd edək ki, KİV-də yayılan xəbərlərə əsasən, SOCAR Monteneqroda bank açmağı planlaşdırır. Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.
SOCAR-a məxsus turizm-kurort kompleksinin dəyəri isə 281,2 mln. dollar həcmində ölçülür. Layihəni SOCAR-ın törəmə şirkəti olan "Azmont Investments" reallaşdırır.