Əfsanəvi musiqiçi Bakıya gəlir

Əfsanəvi musiqiçi Bakıya gəlir
  05 Oktyabr 2015    Oxunub:2285
Xəbər verdiyimiz kimi, oktyabrın 25–dən noyabrın 3-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək. Festival çərçivəsində oktyabrın 30-da Heydər Əliyev Sarayında 60-cı illərin ulduzu, caz musiqisinin əfsanəsi, saksafon ifaçısı Çarlz Lloydun konserti olacaq.

Sarayın mətbuat xidmətindən verilən məlumat görə, konsertin biletlərini şəhərin kassalarından əldə etmək mümkündür.

Çarlz Lloyd öz yaşına baxmayaraq, hələ də caz sahəsində aktiv axtarışdadır. 1966-cı ildə "Monterey Jazz Festival"ı zamanı canlı olaraq qeydə alınan albom "qızıl" statusu qazanmış və bir milyondan artıq tirajla satılan albom hesab olunur. Çarlz Lloyd "Soyuq müharibə" zamanı Sovet İttifaqında çıxış edən ilk amerikalı ifaçı olub. 2015-ci ildə Çarlz Lloyd “Jazz Masters” mükafatı ilə təltif edilib. Lloyd “Jazz Legend Gala” caz festivalının laureatı elan olunub. Həmçinin o, “Alfa Jazz Fest” Beynəlxalq Musiqi Mükafatı ilə təltif edilib və Berkli Musiqi Kollecinin Musiqi üzrə fəxri doktoru adını qazanıb.


Teqlər:





Xəbər lenti