Qəfil ölən xalq artistinin xanımından Sensasion İddia
“Onun ölümünə əsəb səbəb oldu. Bu əsəb də bir günün işi deyildi. 5 il… Teatrın işi ilə bağlı bütün günü əsəbi idi. Aktyorlar mart ayında istəyirdilər ki, İsrafil İsrafilov işdən çıxsın. O, isə çıxmadı. Sonra onlar prezidentə məktub ünvanladılar. Gərək kimsə öləydi... O da İlhama düşdü. Qurbanlıq İlham oldu”.
Y.Əsgərovanın sözlərinə görə, İ.Əsgərov dünyasını dəyişən gün teatrın baş rejissoru Azər Paşa Nemətovla görüşüb: “Azər Paşa onu özü otağına dəvət edib. Aralarında teatrla bağlı müzakirə olub. Ümid edirdi ki, yeni bədii rəhbər və baş rejissor gəlib, bəlkə hər şey düzələr. Görünür, söhbət zamanı başa düşüb ki, heç nə düzələn deyil”.
Y.Əsgərova deyir ki, aktyor həmin gecə narahat olub, özünü pis hiss edib:
“A.Nemətovla görüşdən sonra evə gəldi. Axşam İlhamın halı qəfildən pisləşdi. Getdik xəstəxanaya, amma gecikmişdik. Həkimlər əlindən gələni etdi, lakin nəticə olmadı. Biz İlhamı itirdik…”