İran PKK-ya görə Ankaraya nota verdi

İran PKK-ya görə Ankaraya nota verdi
  22 Avqust 2015    Oxunub:2634
İran hökuməti Türkiyəyə nota verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb bu ölkəyə məxsus yük avtomobilləri və avtobusların Türkiyə ərazisində PKK terrorçularının hücumuna məruz qalmasıdır.

Artıq rəsmi Tehran Türkiyənin İrandakı səfiri Rza Hakan Tekini Xarici İşlər Nazirliyinə çağıraraq notanı təqdim edib. Ona İran vətəndaşlarının Türkiyədə hücumlara məruz qalmasından duyulan narahatlıq çatdırılıb və Ankaradan ciddi tədbirlər görməsi tələb olunub.

Qeyd edək ki, iyulun sonlarından indiyə qədər Türkiyədə İrana məxsus 9 ədəd yük avtomobili və 1 sərnişin avtobusu terrorçuların hücumuna məruz qalıb.


Teqlər:  





Xəbər lenti