Yunanıstan başsız qaldı - Aleksis Tsipras istefa verdi
Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, ölkə konstitusiyasına əsasən seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
Xatırladaq ki, bu gün Yunanıstan Avropa Sabitlik Mexanizmindən (ESM) 13 mlrd avro məbləğində ilk kredit tranşı əldə edib. Bu Yunanıstana Avropa Mərkəzi Bankının krediti üzrə tələb olunan məbləği ödəmək imkanı verəcək.