Dinləmə qalmaqalı ört-basdır olunur

Dinləmə qalmaqalı ört-basdır olunur
  20 Avqust 2015    Oxunub:2122
Doğrudanmı Birləşmiş Ştatların hökuməti Almaniya rəhbərliyinin dinlənməsinə dair tapşırıq verib? Almaniyanın “Die Zeit” qəzeti yazır ki, ABŞ administrasiyasından “MKİ”-ə Almaniyanın gizlin dinlənilməsi ilə bağlı heç bir tapşırıq verilməyib. Həmçinin Bundestaqa təqdim olunan dinlənilənlərin siyahısı da yanlışdır.

Vaşinton rəsmisi bildirib ki, “biz bu kimi faktların məxfi qalmasının tərəfdarıyıq, amma dinləmə faktı nağıldır. Bundestaqa olunacaq hər hansısa müraciət ABŞ-Almaniya casusluq əməkdaşına kölgə sala bilər”.

Almaniya rəsmisi Şteffen Zaybert açıqlama verərərk deyib ki, Mərkəzi Kəşfiyyat idarəsi tərəfindən əldə olunduğu iddia olunan sənədlərdə heç bir gizli və yeni fakt yoxdur. “Hökumət məsələni digər Avropa ölkələri ilə birgə əhatəli araşdırır və hələ ki, bu haqda tam məlumat verə bilmərəm” – deyə Almaniya rəsmisi Şteffen Zaybert bildirib.

CİA-nın Almaniya xüsusi xidmət orqanı “BND” ilə birlikdə Bavariyadakı mərkəzdən Avropa rəsmilərini dinlədiyi iddiasını da Kansler administrasiyası tamamilə inkar edir.

Almaniya müxalifət partiyaları “Grünen” və “Linken” isə bu cürə yanaşmanı hiddətlə qarşılayaraq bildirirlər ki, Almaniya ABŞ ilə yaşanan casusluq skandalını yavaş-yavaş ört-basdır edir.

Fərrux Həsənov



Teqlər:





Xəbər lenti