Bir ailənin 5 üzvü qəzada öldü

Bir ailənin 5 üzvü qəzada öldü
  20 Avqust 2015    Oxunub:3171
Türkiyədə faciə yaşanıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Antalya şəhərində sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində bir ailənin 5 üzvü ölüb. Avtomobildə olan 15 yaşlı Ayşə Öztürk yaralı vəziyyətdə sıxılmış maşının içindən çıxarılıb.

O, təcili olaraq xəstəxanaya çatdırılıb. Minik avtomobilində olan 43 yaşlı Yalçın Öztürk, 39 yaşlı İsmayıl Öztürk, Zeynəb Öztürk, 13 yaşlı Səməd Öztürk və 9 yaşlı Enes Öztürk hadisə yerində ölüb.

Qəzaya minik avtomobilinin yüksək sürətlə sərnişin avtobusunun yoluna çıxdığı səbəb göstərilib.


Teqlər:





Xəbər lenti