‘Ştazi’nin daha bir sirri açıldı

‘Ştazi’nin daha bir sirri açıldı
  14 Avqust 2015    Oxunub:2513
Keçmiş Almaniya Demokratik Respublikasının xüsusi xidmət orqanı “Ştazi”nin “AFR”də xüsusən də neonasistlər arasında geniş casusluq şəbəkəsi olub. Bu barədə AzVision.az “Spiegel” jurnalına istinadən xəbər verir.

Belə ki, vaxtil “Ştazi”nin neonasistlər arasında təqribən 42 nəfərdən ibarət casus şəbəkəsinin olduğu iddia edilir. 30-dək casusun daha aktiv işlədikləri və operativ məlumat göndərdikləri təhlükəsizlik xidmətinə aid məxfi sənədlərdə əksini tapıb.

Qeyd olunan casus heyəti 80-ci illərdə bu işə cəlb ediliblər.

`Ştazi`nin neonasistlər arasına agent yerləşdirilməsinin başlıca məqsədi neonasistlər tərəfindən təşkil edilə biləcək terror hücumun qarşısını almaq və vaxtında adekvat addımlat atmaq olub. Beləcə, Şərqi Almaniya əvvələcədən neonasizm təhlükəsindən sığortalamaq istəyirmiş.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti