11 yaşlı uşaq ana oldu

11 yaşlı uşaq ana oldu
  14 Avqust 2015    Oxunub:4205
Paraqvayda 11 yaşlı qız ana olub.
AzVision.az `BBC`yə istinadən xəbər verir ki, onun atalığı tərəfindən zorlandığı ehtimal edilir.

Paraqvay rəhbərliyi balaca qızı abort etməyə qoymayıblar. Həkimlər bildirilər ki, qeysəriyyə yolu ilə dünyaya gələn körpə və anası özünü yaxşı hiss edir.

Bu hal Paraqvay cəmiyyətində qalmaqala səbəb olub. Qadın hüquqlarını qoruyan təşkilatlar qızın dünyaya uşaq gətirməsi üçün olduqca gənc olduğunu bildiriblər.

Lakin həkimlər bildiriblər ki, qızın hamilə olması faktı olduqca gec aşkarlanıb.

Paraqvay qanunlarına görə, abort cinayətdir.

Qız 10 yaşında hamilə qalıb. Onun 42 yaşlı atalığı həbsxanadadır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti