Türkiyədə hökumət qurmaq mümkün olmadı

Türkiyədə hökumət qurmaq mümkün olmadı
  14 Avqust 2015    Oxunub:1799
AKP və CHP sədrlərinin 3-cü görüşündə müsbət nəticə əldə edilməyib.
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb.

APA-nın xəbərinə görə, görüş 1,5 saat davam edib. İlkin ehtimala görə, görüşdə iki partiyanın koalisiya hökuməti qurması ilə bağlı müsbət nəticə əldə edilməyib. Bir azdan Əhməd Davudoğlu jurnalistlərə açıqlama verməsi gözlənilir. O, görüşdə aparılan müzakirələr və nəticələr barədə məlumat verəcək. Ondan sonra isə Kamal Kılıcdaroğlunun açıqlama verəcəyi gözlənilir.

Bu, onlar arasında keçirilən 3-cü görüş idi.


Teqlər:





Xəbər lenti