“Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Yaşıl Zonada çıxış edəcək
Bundan əlavə, yanaşı şirkətlər qrupu Yaşıl Zonada keçirilən qlobal panel müzakirələrinə qoşulur. Belə ki, 15 noyabr tarixində saat 10:00-11:00 aralığında Yaşıl zona Enerji zalında keçiriləcək “Keçidin gücləndirilməsi: Gələcəyin enerjisini bugündən maliyyələşdirmək” adlı panel müzakirəsində “Azərsun Holdinqin” idarə heyətinin üzvü Savaş Uzanın çıxışı olacaq.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.
AzVision.az
Teqlər: