Rusiya hərbi gəmiləri Azərbaycana gəldi

Rusiya hərbi gəmiləri Azərbaycana gəldi
  13 Avqust 2015    Oxunub:2692
Bu gün Rusiyaya məxsus üç hərbi gəmi Azərbaycan sularına daxil olub
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov bildirib.

Çirkov vurğulayıb ki, Azərbaycana `Mahaçqala` və `Volqodonsk` adlı iki artilleriya, `Anatoliy Qujvin`in adını daşıyan hidroqrafik gəmi göndərilib

Bununla yanaşı HDQ Baş komandanın sözlərinə görə, ilin sonuna kimi Rusiya Xəzər Dənizində ən azı iki beynəlxalq təlim keçirəcək.

`2015-ci ilin sonuna qədər Xəzər dənizi hövzəsində iki beynəlxalq hərbi-dəniz təlimlərinin keçirilməsini düşünür. Onlardan biri Rusiya, Qazaxıstan və Azərbaycan HDQ-nın iştirakı ilə üçtərəfli, digəri isə Rusiya və Azərbaycan dənizçilərinin iştirakı ilə ikitərəfli təlimlər olacaq`, - deyə Çirkov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti