Sarkisyan genişmiqyaslı hərbi təlimlərə başlayır

Sarkisyan genişmiqyaslı hərbi təlimlərə başlayır
  13 Avqust 2015    Oxunub:2043
Ermənistan prezidenti Serj Sarkisyan rəhbərliyi ilə 3-6 sentyabr tarixlərində Respublikada `Şant-2015` (İldırım-2015) təlimləri keçiriləcək.
AzVision.az `News.am`-a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında müdafiə naziri Seyran Ohanyan bildirib.

Artıq Nazirlər Kabineti təlimlərə hazırlığın metodika və ardıcıllığını təsdiqləyib. Digər iki dövlət strukturunun nümayəndələri ilə də işlər aparılır:

`Biz artıq hərbçilərin praktiki bacarıqlarının artırılmasına dair məşğələlər keçirmişik` - deyə Ohanyan bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti