Permyakov Ermənistanda həbsdə qalacaq, amma...

Permyakov Ermənistanda həbsdə qalacaq, amma...
  13 Avqust 2015    Oxunub:1900
`Ermənistan və Rusiya Gümrü şəhərində 7 ermənini öldürən rus hərbçisi Valeri Permyakovun cəzasını çəkəcəyi yer barədə razılığa gəlib.
Bu barədə AzVision.az `Joxovurd` qəzetinə istinadən xəbər verir.

`Hər iki ölkənin hüquq mühafizə orqanları Permyakovun Ermənistandan qalacağı və cəzasını burada çəkəcəyinə dair razılığa gəlib. Lakin o, Rusiyanın 102-ci hərbi bazasının ərazisindəki cəzaçəkmə müəssisəsində saxlanılacaq. Yəni Ermənistanın içərisində, Rusiya torpağında saxlanılacaq`, – deyə qəzet yazır.

Xatırladaq ki, ötən gün fərarilik və silah oğurlamaqda ittiham olunan Valeri Permyakovun məhkəməsi başlayıb. Permyakov məhkəmədə ona qarşı səsləndirilən ittihamları qəbul edib.

Qeyd edək ki, Permyakov yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti