ABŞ-ın sabiq prezidenti xərçəngə tutulub

ABŞ-ın sabiq prezidenti xərçəngə tutulub
  13 Avqust 2015    Oxunub:1862
ABŞ-ın sabiq prezidenti Cimmi Karter qaraciyər xərçəng xəstəsidir, onun bədənin digər orqanlarında da metastaz aşkarlanıb.
AzVision.az-ın məlumatına görə, bu barədə Karterin nümayəndələri `NBC` telekanalına bildirib.

Telekanalın məlumatına görə, sabiq prezidentdə xərçəng xəstəliyi bu yaxınlarda onun qaraciyərində aparılan əməliyyat zamanı aşkarlanıb.

ABŞ prezidenti Barak Obama Karterə sağlamlıq arzulayıb.

Karterin yaxın vaxtlarda Corciya ştatında xəstəxanalardan birində müalicəyə başlayacağını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti