İsveçrə İrana qarşı sanksiyaları ləğv edir

İsveçrə İrana qarşı sanksiyaları ləğv edir
  13 Avqust 2015    Oxunub:1468
İsveçrədə hökuməti İran ilə qiymətli filiz-mədən ticarəti, neft-kimya məhsulları, xam neft ilə neft nəqli əməliyyatları üzərindəki sanksiyaların qaldırılmasına qərar verib. Sanksiyaların avqustun 13-dən etibarən ləğv edilməsi nəzərdə tutulur.

Anadolu agentliyinin məlumatına görə İsveçrə hökumətinin yaydığı rəsmi bəyanatda belə deyilir.

Bəyanatda bildirilir: “Federal Şura ümid edir ki, atılan addım nüvə razılaşmasının həyata keçirilməsinə dəstək kimi qiymətləndiriləcək”.

Sənəddə həmçinin qeyd olunur ki, İsveçrə İranla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.

Qeyd edək ki, İsveçrə 2014-cü ilin yanvarından etibarən İrana qarşı sanksiyaları dayandırmışdı.


Teqlər:





Xəbər lenti