Ərdoğandan Ermənistandakı prokurorlara tələb: Geri qayıdın

Ərdoğandan Ermənistandakı prokurorlara tələb: Geri qayıdın
  12 Avqust 2015    Oxunub:2415
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prokurorlar Zəkəriyə Öz və Cəlal Karanın ölkəyə qayıtmasını tələb edib.
Bu barədə AzVision.az `TRT Haber`ə istinadən xəbər verir. Ərdoğanın sözlərinə görə, tez və ya gec Ermənistanda gizlənən Zəkəriyə Öz və Cəlal Kara öz əməllərinə görə cavab verəcəklər.

Türkiyə mətbuatının daha əvvəl yaydığı məlumata görə, Zəkəriyə Özün Gürcüstana qaçdığı deyilirdi. Gülən camaatının üzvü olduğu iddia edilən prokuror Zəkəriyə Öz dövlət çevrilişində ittiham olunur.

Qeyd edək ki, Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu tərəfindən prokurorluqdan kənarlaşdırılan Zəkəriyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç haqqında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Zəkəriyə Özün əli ilə “Ərgənəkon” işi çərçivəsində general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti