İŞİD hakerləri ABŞ-a hücum etdi
Hakerlər bəyan ediblər ki, onlarda ABŞ Hərbi Hava Qüvvələri, NASA, Nyu-York və Nyu-Cersi ştatlarının liman rəhbərləri, həmçinin Dövlət Departamentinin əməkdaşlarının adları, ünvanları, elektron poçtları, parolları, telefon nömrələri, kredit kartları məlumatları var.
`Bizim bu barədə məlumatımız var. Lakin biz hazırda məlumatın dəqiqliyini təsdiqləyə bilmərik. Bizim əsas məqsədimiz xidmət edən şəxslərin təhlükəsizliyin təmin edilməsidir`, - deyə ABŞ müdafiə Nazirliyinin rəsmisi bildirib.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: