`Türkiyə Suriyaya qoşun göndərə bilər` - Davudoğlu

`Türkiyə Suriyaya qoşun göndərə bilər` - Davudoğlu
  12 Avqust 2015    Oxunub:2302
Əgər Suriya estremist təşkilatları ilə özü bacara bilsə, digər ölkələrin ora qoşun göndərməsinə ehtiyac qalmayacaq.
Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu BBC telekanalına müsahibəsində deyib. O həmçinin lazım gəldikdə Türkiyənin Suriyaya silahlı birləşmələr göndərə biləcəyini də istisna etməyib. “Əgər Suriya özü bunun öhdəsindən gələrsə, nə Türkiyə, nə də digər ölkələr ora öz qoşunlarını yeritməyəcək”, - deyə Ə.Davudoğlu bildirib.

Qeyd edək ki, artıq ABŞ və Türkiyə Suriyanın şimalında “təhlükəsizlik zonası”nın yaradılması ilə bağlı razılığa gəliblər. Türkiyənin xarici işlər nazirinin müavini Feridun Sınırlıoğlu qeyd edib ki, İŞİD və ya PKK silahlılarının Suriyada “təhlükəsizlik zonası”na daxil olduğu təqdirdə ABŞ və Türkiyə onların mövqelərinə zərbələr endirəcək.


Teqlər:





Xəbər lenti