Ermənistan 7 hərbçisini itirdi - Video
AzVision.az-ın ANS TV-yə istinadən məlumatına görə, bu barədə Dağlıq Qarabağın yerli telekanallardan biri informasiya yayıb.
Sosial şəbəkələrdə əsgər valideyinlərin bölüşdüyü narahatçılığın bir səbəbi əsgərlər arasında yayılan dizenteriya xəstəliyinin faktiki olaraq epidemiya təhlükəsi həddinə çatmasıdır. Bir də də son günlər atəşkəs rejiminin pozulmasının intensivliyi üzüdən erməni tərəfinin itkilərinin daha çox ola bilməsi ehtimalındandır.
Müdafiə naziri Seyran Ohanyanın cəbhə bölgəsinə təcili səfər etməsi və burada xüsusi olaraq qida məhsullarının keyfiyyəti, ərzaq normalarının miqdarı və sanitar-gigiyenik qaydalara riayət olunması, tibbi təminatın vəziyyətilə bağlı tapşırıqlar verməsi hətta rəsmi xəbərlər sırasında da yer alıb.
Bütün bunlar Ermənistanda və erməni ordusunda vəziyyətin, xəbər verdiyimiz kimi gərgin olaraq qalmasını bir daha təsdiq edir.
Eyni zamanda əsgər valideyinlərinin narahatçılığının əsassız olmadığı anlamına gəlir.
AzVision.az
Teqlər: