Ferqüsonda saxlanılanların sayı 140-a çatdı
Məlumata görə, 64 etirazçı magistral avtomobil yolunu bağlamağa cəhd etdikdə, 57 nəfər isə Sent-Luisdəki federal məhkəmənin qarşısında aksiya keçirərkən saxlanılıblar. Qarşıdurma zamanı etirazçılar polisi daş-qalaq edib, asayiş keşikçiləri isə gözyaşardıcı qazdan istifadə edib.
Saxlanılan şəxslərin əksəriyyəti inzibati xətaya yol verməkdə ittiham edilir.
Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilir. (apa)
AzVision.az
Teqlər: