Ərdoğandan terror açıqlaması

Ərdoğandan terror açıqlaması
  12 Avqust 2015    Oxunub:1940
"Ölkə sərhədləri daxilində bir terrorçu belə qalmayanadək mübarizəmizi davam etdirəcəyik". "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, ölkə sərhədləri daxilində və xaricində həyata keçirilən hərbi əməliyyatlar nəticəsində terror təşkilatlarının çox ciddi itkilər yaşadığı məlumdur: "Ancaq bununla belə, terror təşkilatları ölkəmiz üçün təhdid olmaqdan çıxanadək, dövlətimizə və millətimizə qarşı çevrilən silahlar buraxılıb basdırılanadək mübarizəmiz davam edəcək. Burada bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, silahların susması deyil, onların basdırılması, üzərinə beton tökülməsi lazımdır. Eynilə ölkənin təhlükəsizliyi üçün təhdid təşkil edən "İŞİD"ə qarşı da mühüm əməliyyatlar həyata keçirdik. Bizim üçün terror təşkilatları arasında heç bir fərq yoxdur. Adı, məqsədi, simvolu nə olursa-olsun, bizim üçün terror təşkilatı terror təşkilatıdır. Biz hamısı ilə mübarizə aparırıq və mübarizəmizi də davam etdirəcəyik".

AzVision.az


Teqlər:  





Xəbər lenti