Putin İlham Əliyevi məscidə dəvət etdi
Qurban bayramı ərəfəsində Rusiya paytaxtı Moskvada yerləşən, tutumuna görə Avropanın ən böyük məscidin açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, din xadimləri həmçinin, Azərbaycan, Fələstin, İordaniya, Qatar, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan liderləri iştirak edəcək. Bu barədə AzVision.az Rusiyanın `Vedomosti` qəzetinə istinadən xəbər verir.
`Bizim müfti Ravil Qaynutdin Kremldə mükafat aldığı zaman bu məsələ ilə bağlı şəxsən prezidentlə danışıb. Onda açılışın bu il baş tutmasına dair məsələ müzakirə edilib. Prezident buna razılıq verib və tədbirin protokol olaraq onun qrafikinə salınmasına razılıq verib. 23 sentyabr – bu dəqiq tarixdir`, - deyə Rusiya Müftilər Şurası sədrinin birinci müavini Rüşanə Abbyasova bildirib.
Şura rəsmilərinin sözlərinə görə, məscidin təntənəli açılış mərasimi nəyin ki, Rusiyada yaşayan müsəlmanlar, hətta bütün dünyada yaşayan müsəlmanlar üçün əlamətdar hadisədir: `Bu Rusiyanın hazırda İslam dünyasında mühüm rol oynadığının göstəricisidir`, - deyə Abbyasova vurğulayıb.
Eldar Tanrıverdiyev
AzVision.az