Qalmaqallı hakimlər Ermənistana qaçdı - Video

Qalmaqallı hakimlər Ermənistana qaçdı - Video
  11 Avqust 2015    Oxunub:2685
Haqlarında həbs qərarı verilən türkiyəli hakimlər Zəkəriyyə Öz və Cəlal Kara Gürcüstandan Ermənistana gedib.
Bu barədə AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir.
Türkiyədə “Ərgənəkon” adlı cinayət işinin prokuroru Zəkəriya Öz ölkədən qaçıb.

Türkiyə mətbuatının daha əvvəl yaydığı məlumata görə, Zəkəriyə Özün Gürcüstana qaçdığı deyilirdi. Gülən camaatının üzvü olduğu iddia edilən prokuror Zəkəriyə Öz dövlət çevrilişində ittiham olunur.

Qeyd edək ki, ötən gün Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu tərəfindən prokurorluqdan kənarlaşdırılan Zəkəriyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç haqqında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, Zəkəriyə Özün əli ilə “Ərgənəkon” işi çərçivəsində general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti