Neftin qiyməti 10 dollara qədər düşəcək - Dünya Bankı

Neftin qiyməti 10 dollara qədər düşəcək - Dünya Bankı
  11 Avqust 2015    Oxunub:5260
Dünya Bankı (DB) 2016-cı ildə İrana qarşı sanksiyalar ləğv olunandan sonra neftin qiymətinin 10 dollara qədər enəcəyini proqnozlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyə İnstitutunun hesabatında bildirilir.

`İranın dünya bazarına qayıtması gündəlik əlavə bir milyon barel anlamına gəlir ki, bu da gələn il neftin qiymətini bir barelə görə 10 dollar salacaq`, - deyə hesabatda bildirilir.

DB-nin məlumatına görə, İranda neft hasilatı ölkə tələbatını çox üstələyir. Ona görə də İranın dünya bazarına çıxışı qarşısıalınmazdır.

Sanksiyaların ləğvi həmçinin İslam Respublikasının ticarət dövriyyəsini artıracaq və bu göstərici təxminən 17 milyard dollara yüksələcək. İranın əsas ticarət tərəfdaşları Böyük Britaniya, Hindistan, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı olacaq. DB-nin proqnozlarına əsasən xarici investisiyaların həcmi ildə 3 milyard dollara çatacaq.

`2015-ci aprel ayında çərçivə sazişinin imzalanmasından sonra biz xarici şirkətlər, xüsusilə neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin İrana qarşı böyük marağını görürük. Böyük ehtimalla bu tendensiya sanksiyaların ləğvindən sonra daha da artacaq. Bu isə kapital axını və neft sektorunda texnologiyaların yenilənməsi ilə nəticələnəcək`, - deyə DB-nin Yaxın Şərq və Şimali Afrika üzrə eksperti Lili Motaqqi bildirib.

Son nəticədə sanksiyaların ləğv İran iqtisadiyyatının yüksəlişini sürətləndirəcək. DB-nin iqtisadçılarının qiymətləndirməsinə görə, İran Ümum Daxili Məhsulu 2016-cı ildə 5% artacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti