Obamanın köməkçisi sevgilisinə atəş açdı
Hadisə avqustun 7-i Kolumbiya dairəsi, Vaşinqton yaxınlığında baş verib. Merilend polisinin yaydığı məlumata görə, 37 yaşlı qadın öz sevgilisi, hüquq mühafizə orqanı əməkdaşı ilə mübahisə edib. Mübahisə nəticəsində Sinqlatari 40 millmetrlik `Glock 23` tipli tapançanı zabitdən alaraq, ona atəş açıb.
`Bundan sonra o tapançanı salfetlə silib. Mübahisə nəticəsində heç kim xəsarət almayıb`, - deyə `The Washington Post` yazır.
Polis zabiti hadisə barədə 911 xidmətinə zəng vurub. Sinqltari saxlanılıb. Daha sonra 75 min dollar qarşılığında zaminə buraxılıb. Məhkəmənin bu ilin sentyabr ayında baş tutacağı bildirilir.
Ağ Ev artıq hadisəyə reaksiya bildirib: `Sinqltar öz hesabına məzuniyyətə göndərilib, həmçinin onun prezident iqamətgahı ərazisinə girişi qadağan edilib`.
Ağ evin mətbuat xidmətinin yaydığı məlumata görə, ehtiyac olacağı təqdirdə əlavə tədbirlər də görüləcək.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: